İnflyasiya enəcək, gəlirlər artacaq Nazir

17.11.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

ABŞ-da inflyasiyanın enməsi və əhalinin real gəlirlərinin artması 2026-cı ilin birinci yarısında baş verəcək.

Axar.az xəbər verir ki, bu barədə proqnozu ABŞ maliyyə naziri Skott Bessent açıqlayıb.

Onun sözlərinə görə, ilin ilk iki rübündə inflyasiya göstəricilərində aşağıya doğru hərəkət və real gəlirlərdə ciddi artım müşahidə olunacağı gözlənilir. Bessent bildirib ki, bu iki göstərici üst-üstə düşdükdə amerikalılar bunu aydın şəkildə hiss edəcəklər.

Nazir həmçinin kiçik bizneslərin artımı baxımından "əla 2026-cı il" yaşayacağına əmin olduğunu qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью