İnflyasiyanın əsas səbəbi İrandakı müharibədir

25.10.2026

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Ölkə.az xəbər verir ki, bu barədə o, “El País” qəzetinə müsahibəsində bildirib.

“İnflyasiyanın əhəmiyyətli hissəsi, hətta demək olar ki, hamısı əvvəldən qarşı çıxdığımız İrandakı müharibə ilə bağlıdır. Bu müharibə Avropaya 100 milyard avrodan çox başa gəlib”, – Sançes deyib.

O əlavə edib ki, İspaniyada ilin sonunadək sosial müdafiə tədbirləri üçün 12 milyard avro ayrılıb. Baş nazir vurğulayıb ki, “ən ucuz tədbir bu müharibəyə son qoymaq olardı”.

Ölkənin Milli Statistika İnstitutunun məlumatına görə, İspaniyada sentyabr ayında illik inflyasiya 4,9 faiz təşkil edib. Bu, 2023-cü ilin fevralından bəri qeydə alınan ən yüksək göstəricidir.(Teleqraf)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью