İnformasiya məkanı sosial gərginlik generatoruna çevrilir... ŞƏRH

05.06.2026

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

“Saytlar və sosial platformalar qətl, zorakılıq və ağır cinayətlər haqda xəbərlərlə zəbt olunub. Belə cinayət xəbərləri media və sosial şəbəkələrdə sensasiya xarakterli başlıqlarla təqdim olunur. Həmişə danışırıq ki, bu xəbərlər psixoloji baxımdan həssas və ya müəyyən pozğunluqlara meyilli şəxslərdə şüuraltı səviyyədə təhrikedici təsir göstərə bilir. Zorakılığın davamlı şəkildə “adi hadisə” kimi təqdim olunması bu insanlarda təqlid davranışlarını stimullaşdırır və təhrikedici rol oynayır”.

Bu fikirləri sosial şəbəkə hesabında Mətbuat Şurası İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva yazıb. O qeyd edib ki, sosial platformalarda vəziyyət daha dramatikdir , alqoritmlərlə bu tip xəbərlər daha çox yayılır və təsir dairəsi genişləndirilir:

“Bu tendensiya ictimai şüurda zorakılığın normallaşması və artmasına gətirib çıxaracaq təsir göstərir. Media təsisatlar belə neqativ kontentlərini ictimai təsir aspektlərinin nəzərə alınması ilə daha məsuliyyətli şəkildə təqdim etmələri vacibdir. Ancaq daha vacib, media qurumları və online resurslarda , xüsusi ilə sosial platformalarda xəbər paylaşan media operatorların sensasiya xətrinə belə xəbərləri davamlı paylaşmasını önləyəcək mexanizmlər tətbiq olunması vacibdir. Çünki , sensasiyaya çevrilmiş ağır cinayət və zorakılıq xəbərlərinin reytinq və trafik naminə sistemli şəkildə yayılması ictimai psixoloji təhlükəsizliyi birbaşa zədələyir. Cəmiyyətdə aqressiyanın və zorakılığın normallaşmasına şərait yaradır və informasiya məkanını sosial gərginlik generatoruna çevirir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью