İnformasiya və rabitə müəssisələrinin gəlirləri 8,5 faiz artıb

15.11.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

2025-ci ilin yanvar-oktyabr aylarında informasiya və rabitə müəssisələri tərəfindən 3 milyard 120.5 milyon manatlıq xidmət göstərilib. Hesabat dövründə formalaşan xidmət gəlirlərinin 71.6%-i əhali sektorunun payına düşüb.

Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, informasiya və rabitə xidmətlərinin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8.5% artıb. Bu sahədə əldə olunan gəlirin 83.3%-i qeyri-dövlət sektorunda formalaşıb.

Qeyd edək ki, eyni dövrdə ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 106.4 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu göstərici 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 1.3% çoxdur.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью