İnformasiya və rabitə sektorunda maaşlar artıb

24.07.2025

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-may aylarında Azərbaycanda informasiya və rabitə sahəsində orta aylıq nominal əməkhaqqı 1 875,2 manat təşkil edib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici dövlət sektorunda 1 564,9 manat, özəl sektorda isə 2 100,8 manat olub.  

2024-cü ilin eyni dövründə informasiya və rabitə sahəsində dövlət sektorunda maaşlar 1 461,6 manat, özəl sektorda isə 1 917,2 manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью