İnfrastruktur əladır, amma...

11.07.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"İnfrastruktur əladır, amma..."

"Çelsi"nin yeni baş məşqçisi Xabi Alonso klub barədə fikirlərini bölüşüb və yeni mövsümə hazırlıq planlarından danışıb.

QOL.az xəbər verir ki, komandanın mətbuat xidmətinə danışan ispaniyalı mütəxəssis klubun bütün imkanlara malik olduğunu, əsas məqsədinin isə müsbət mühit formalaşdırmaq olduğunu deyib:

"Klubun səviyyəsi son dərəcə yüksəkdir. İnfrastruktur əladır. Amma təkcə bu kifayət etmir. Buraya ürəyini qoymalı, görülən işə məna qazandırmalı və müsbət enerji gətirməlisən. Elə bir mühit yaratmaq istəyirik ki, hər kəs burada işləməkdən zövq alsın. Bunun üçün lazım olan hər şeyə sahibik.

İlk növbədə insanlarla münasibətlər qurmağa başlayacağam. Çünki hər şey insan amilindən keçir. Özünü yaxşı hiss etdikdə, adətən daha yaxşı da çalışırsan.

Futbolçuların keyfiyyətlərini bilirəm. İndi isə vacib olan ortaq baxış və ortaq məqsəd ətrafında birləşməkdir. Komanda ilə birlikdə məhz bunu formalaşdırmaq istəyirəm. Onların bütün turnirlərdə uğur qazanacağımıza inanmasını və bu yolda böyük həvəslə mübarizə aparmasını istəyirəm".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью