ING Azərbaycanda bu il üçün iqtisadi artım proqnozunu artırıb | Icma.az
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Niderlandın "ING Group" şirkəti 2024-cü il üçün Azərbaycanda iqtisadi artım üzrə proqnozunu 4,2%, 2025-ci ildə 2,6%, 2026-cı ildə isə 2,8% səviyyəsində müəyyən edib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, şirkətin açıqladığı proqnozlarına görə, bundan öncəki proqnoza nisbətən 2024-cü il üçün gözləntilər 0,7 faiz bəndi artıb, 2025-ci il və 2026-cı il üçün isə dəyişməyib.
Hesabata əsasən, 2024-cü ilin üçüncü rübündə ÜDM artımı 5,4%, dördüncü rübdə 3% proqnozlaşdırılır.
Həmçinin, 2025-ci ilin birinci rübündə iqtisadi artım proqnozu 2%, ikinci rübdə 2,5%, üçüncü və dördüncü rübdə isə 3% səviyyəsində nəzərdə tutulub.
2026-cı ilin son rübündə isə iqtisadi artımın 2% təşkil edəcəyi proqnozlaşdırılır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ÜDM istehsalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,9% artıb.
Azərbaycan hökumətinin proqnozlarına görə, 2024-cü ildə ÜDM-in artımı 4,2%, 2025-ci ildə 3,5%, 2026-cı ildə 2,8%, 2027-ci ildə 3,8%, 2028-ci ildə 3,3% səviyyəsində gözlənilir.
Tam oxu
Xəbəri oxu