ING: Azərbaycanda iqtisadi artımın yaxşılaşacağı gözlənilir

18.11.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan iqtisadiyyatında 2025-2026-cı illərdə müşahidə olunan zəifləmədən sonra ortamüddətli perspektivdə artımın bərpası gözlənilir.

“APA-Economics” xəbər verir ki, bu barədə Niderlandın ING bankının 2026-cı ilin noyabr ayı üzrə Mərkəzi Asiya və Qafqaz regionuna dair makroiqtisadi və kredit hesabatında bildirilib.

Bankın analitiklərinin qiymətləndirməsinə görə, yüksək neft qiymətləri Azərbaycanın maliyyə imkanlarını gücləndirir və iqtisadiyyatın qeyri-neft sektoruna inamı dəstəkləyir.

Hesabatda qeyd olunub ki, 2026-cı ilin əvvəlindən pərakəndə ticarət və qeyri-neft sənayesində fəallıq artıb. Eyni zamanda, korporativ kreditləşmənin yüksəlməsi iqtisadiyyatın digər sahələrində investisiya fəallığının bərpasına işarə edir.

ING hesab edir ki, iqtisadiyyatın şaxələndirilməsi sürətlənməyəcəyi təqdirdə Azərbaycanın uzunmüddətli artım potensialı 2-3% səviyyəsində məhdudlaşa bilər.

Bankın analitikləri ölkənin güclü fiskal mövqeyini, böyük xarici maliyyə ehtiyatlarını və makroiqtisadi dayanıqlığını iqtisadi inkişafı dəstəkləyən əsas amillər kimi qiymətləndirirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью