ING Azərbaycanın inflyasiya proqnozunu azaldıb

05.12.2024

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycan üçün inflyasiya proqnozunu azaldıb.

"APA-Economics" xəbər verir ki, "ING Group"u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiya proqnozunu 2,2%-dən 2,1%-ə, 2025-ci il üzrə isə 4,7%-dən 4,1%-ə endirib. Bu isə ING sentyabr proqnozu ilə müqayisadə müvafiq olaraq 0,1 faiz və 0,6 faiz bəndi azdır.

ING 2026-cı ilin dördüncü rübü üzrə isə ölkədə inflyasiya proqnozunu 5,4% müəyyən edib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5,3 %, 2025-ci ildə 4,9 % olacağını proqnozlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью