ING Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb

05.12.2024

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) 2024-cü il üzrə Azərbaycanın iqtisadi artım proqnozunu artırıb.

"APA-Economics" xəbər verir ki, ING Azərbaycanda 2024-cü ildə ÜDM-in artımı üzrə proqnozunu 0,7 faiz bəndi artıraraq 4,2%-ə yüksəldib.

Korporasiya 2025-ci il üzrə isə iqtisadi artımın 2,6%, 2026-cı ilin dördüncü rübü üzrə isə 2% iqtisadi artım proqnozlaşdırdığını açıqlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью