İngilis bankçılıq nəhəngi mənfəətinin gözləniləndən çox olduğunu bildirib

13.02.2025

Icma.az bildirir, Banco.az portalına istinadən.

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Barclays” 2024-cü ildə vergidən əvvəlki mənfəətin 24 faiz artdığını bildirib.

Banco.az xəbər verir ki, “Barclays” 2024-cü ildə güclü fəaliyyət göstərməsi və faiz dərəcələrinin gözlənildiyindən daha yavaş azalması nəticəsində yerli kredit biznesində gəlir artımını davam etdirməsi ilə illik vergi öncəsi mənfəətinin proqnozları bir qədər üstələyərək 24% artdığını bildirib.

İngiltərənin korporativ, pərakəndə və investisiya bankı 31 dekabr tarixinə qədər olan birillik dövr üzrə 8,11 milyard funt-sterlinq vergi öncəsi mənfəət açıqlayıb. 

Bu göstərici analitiklərin orta hesabla 8,07 milyard funt-sterlinq proqnozundan bir qədər yüksək olub. Şirkət əvvəlki ili isə 6,6 milyard funt-sterlinq mənfəətlə başa vurmuşdu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью