Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünyada ingilis dilinin hansı səviyyədə öyrənildiyi barədə növbəti araşdırmanın nəticəsi açıqlanıb.
Bakupost.az xəbər verir ki, belə bir araşdırmanı İsveçrənin “EF Education First” şirkəti həyata keçirib.
İsveçrə şirkət uzun illərdir ingilis dili biliyi üzrə ölkələrin illik reytinqini hazırlayır. Bu ilki reytinqə 116 ölkə daxil edilib.
Azərbaycan 116 ölkə arasında ingilis dili bilmə səviyyəsinə görə 86-cı sırada yer alıb.
Bu nəticəyə əsasən Azərbaycanda insanların ingilis dili bilmə səviyyəsi aşağı olub.
İngilis dili bilmə səviyyəsi region ölkələrindən Gürcüstan, Belarus, Moldova, Ermənistan, Rusiya və Ukraynada orta səviyyədə olub.
Azərbaycanla bərabər Türkiyə, İran və Qırğızıstanda isə zəif hesab olunub.