İngilis klubu baş məşqçini qovdu: cəmi 5 ay işlədi

12.11.2026

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Londonun “Kristal Pelas” klubu baş məşqçisi Pyer Sajla yollarını ayırdığını açıqlayıb.

Lent.az xəbər verir ki, klubun rəsmi saytında yayılan məlumata görə, fransalı mütəxəssis təyinatından cəmi beş ay sonra vəzifəsindən azad edilib.

“Klub Pyerə və onun məşqçilər heyətinə fəaliyyətləri dövründə göstərdikləri səylərə görə təşəkkür edir və gələcək karyeralarında uğurlar arzulayır. Yeni baş məşqçinin təyinatı ilə bağlı məlumat yaxın vaxtlarda açıqlanacaq”, – deyə klubun bəyanatında bildirilib.

“Kristal Pelas” 47 yaşlı mütəxəssisi bu ilin iyununda, 2024-cü ilin fevralından komandaya rəhbərlik edən Oliver Qlasnerin yerinə təyin etmişdi.

Pyer Sajın rəhbərliyi altında komanda mövsümün əvvəlində yeddi məğlubiyyətlə üzləşib və cəmi iki qələbə qazanıb. Hazırda London təmsilçisi İngiltərə Premyer Liqasının turnir cədvəlində 20-ci pillədə qərarlaşıb.

Ardıcıl dörd məğlubiyyətdən sonra istefaya göndərilən Pyer Saj bu mövsüm İngiltərə Premyer Liqasında vəzifəsindən azad edilən ilk baş məşqçi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью