İngilis mütəxəssis “Lester”i çalışdıra bilər

12.05.2025

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İngilis mütəxəssis Şon Dayç "Lester"i çalışdıra bilər. Sport24.az xəbər verir ki, bu barədə "Talksport" məlumat yayıb.

Mənbənin sözlərinə görə, 53 yaşlı ingilis Ruud van Nisterloyu baş məşqçi postunda əvəzləyə biləcək namizədlər sırasındadır.

Dayçin son iş yeri 2023-2025-ci illərdə rəhbərlik etdiyi "Everton" olub.

Qeyd edək ki, "Lester Siti"nin cari mövsümün sonunda Premyer Liqanı tərk edəcəyi artıq dəqiqləşib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью