İngilis qolkiper faciəli şəkildə dünyasını dəyişdi

20.12.2024

Icma.az, Fanat portalına istinadən məlumat verir.

İngiltərənin “Barton Taun” klubunun qapıçısı Ceyms Hiçkok faciəvi şəkildə həyatını itirib.

Fanat.Az xəbər verir ki, 30 yaşl qolkiperr hücuma məruz qalaraq başından ölümcül zərbə alıb. 

Məlumatı mərhumun çıxış etdiyi klubun mətbuat xidməti yayıb.

Hadisə, York şəhərinin vağzalında gecə gəzintisi zamanı baş verib. Ona hücum etməkdə şübhəli bilinən 22 yaşlı Makkensi Diçikko saxlanılıb. O, Yorkun Məhkəməsində mühakimə olunacaq.

Hiçkokun xatirəsinə hörmət əlaməti olaraq bu həftəsonu üçün planlaşdırılan bütün oyunlar təxirə salınacaq.

Qeyd edək ki, “Barton Taun” İngiltərənin 9-cu divizionunda çıxış edən yarı peşəkar futboçulardan təşkil olunan komandadır. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью