İngilis tədqiqatçı: Qarabağda görülən işlər bütün dünya üçün modeldir

15.10.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 15 oktyabr, AZƏRTAC

Qarabağda həyata keçirilən bərpa və quruculuq işləri təkcə bir ölkənin uğuru deyil, bütün dünya üçün nümunəvi model kimi dəyərləndirilməlidir.

AZƏRTAC xəbər verir ki, bunu ingilis tədqiqatçı və yazıçı Qrem Vilson Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə keçirilən “Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində” panelində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Qarabağın dirçəlişi yalnız Azərbaycanın deyil, bütün dünyanın öyrənə biləcəyi bir nümunədir: “Bu, təkcə Azərbaycan, o cümlədən Qarabağ haqqında deyil. Bu, bütün dünya üçün bir modeldir – güclü milli liderliyin və xalqın birliyinin nələrə qadir olduğunu göstərən nümunədir”.

Qrem Vilson, həmçinin, mina təhlükəsi ilə bağlı Prezident İlham Əliyevin beynəlxalq təşəbbüslərinin mühüm humanitar məna daşıdığını vurğulayıb.

“Prezident bu məsələni təkcə ölkə səviyyəsində deyil, beynəlxalq gündəmdə qaldırmaqla çox mühüm humanitar missiya yerinə yetirir. Azərbaycan jurnalistlərinin hekayələri bu məsələnin qlobal miqyasda anlaşılmasına töhfə verir" - deyə o əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью