İngilis veteran oğlu ilə qarşılaşacaq

03.12.2024

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Everton"un veteranı Eşli Yanq İngiltərə Kubokunda oğluna qarşı oynaya bilər.

Fanat.Az xəbər verir ki, turnirin 1/32 finalının püşkü İngiltərə millisinin sabiq müdafiəçisi ilə 18 yaşlı oğlu Tayler Yanqın komandalarını - “Everton”la “Peterboro Yunayted”i üz-üzə qoyub.

39 yaşlı veteran futbolçu bununla bağlı X sosial şəbəkəsində paylaşım edib: "Arzular gerçəkləşə bilər".

Yarımmüdafiəçi Tayler Yanq bu mövsüm "Paterboro Yunayted"də bir oyun keçirib.

"Everton" - "Peterboro" matçı 11 yanvarda "Qudison Park"da keçiriləcək.

 Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью