İngilislər bunu sonuncu dəfə 22 il əvvəl bacarmışdılar

18.06.2026

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

İngiltərə millisi 2026-cı il dünya çempionatının qrup mərhələsində Xorvatiyanı 4:2 hesabı ilə məğlub edib. 

Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, bununla da ingilislər 22 illik həsrətə son qoyublar. 

Belə ki, sözügedən yığma 22 ildən sonra ilk dəfə olaraq mundial zamanı  FİFA reytinqinin ilk "15-liy"ində yer alan rəqibini məğlub edə bilib. Xorvatiya hazırda 11-ci yerdədir.

2002-ci ildə komanda qrup mərhələsində Devid Bekhemin penalti qolu sayəsində  Argentinanı 1:0 hesabı ilə üstələmişdi. O vaxt Argentina reytinq sıralamasına görə üçüncü yerdə idi.

Bu iki oyun arasında İngiltərə DÇ-də ilk 15 rəqibinə qarşı doqquz oyun keçirib: iki heç-heçə və yeddi məğlubiyyət. 

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью