İngilislər “Qarabağ” üçün Bakıya gələcək

01.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Qarabağ”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev “Dinamo”suna qarşı keçirəcəyi oyunların hakimləri açıqlanıb.

Futbolpress.az UEFA-ya istinadən xəbər verir ki, avqustun 6-da Polşanın Lublin şəhərində keçiriləcək matçı danimarkalı hakimlər briqadası idarə edəcək.

Baş hakim Morten Kroq, yan xətt hakimləri Şteffen Bramsen və Viktor Skite olacaq. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. VAR-da Yakb Kelet, AVAR-da isə Yens Maye olacaq.

Avqustun 13-də Bakıda keçiriləcək cavab matçını isə İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Stüart Attvell olacaq. Ona yan xətt hakimləri Yan Hussin və Nik Qrinhalq kömək edəcəklər. Dördüncü hakim funksiyasını Lyuis Smit yerinə yetirəcək. VAR-da Piter Benks, AVAR-da isə Ceyms Bell olacaq.

Avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq. Komandalar arasında ilk görüş isə Bakı vaxtı ilə 21:00-da start götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью