İngilislər Tyrannosaurus dərisindən çanta düzəldəcəklər..?

02.05.2025

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu necə mümkündür?

...Görməmişəm, amma deyilənlərə görə, Tyrannosaurs ən məşhur qədim yırtıcılardan biridir.

SİA-nın məlumatına görə, “Noj” yazır ki, yəqin buna görə də bu dinozavrlar İngiltərədən olan tədqiqatçılar və biomühəndislər qrupunu “tarixdən əvvəlki” dəridən pul kisələri və çantalar yaratmağa ruhlandırıb.

Belə ki, onlar heyvanın daşlaşmış qalıqlarından istifadə edərək laboratoriyada dinozavr dərisinin yetişdirilməsi planlaşdırılır.

Kommersiya layihəsinin müəlliflərinin fikrincə, material bioloji parçalana bilən, həmçinin “innovativ və etik” olacaq.

Təcrübə uğurlu olarsa, muftalar tarixdə yenidən yaradılmış qədim sürünən dərisindən hazırlanmış ilk əşyalar olacaq.

Nyukasl Universitetinin toxuma mühəndisliyi professoru Co Konnon, “...Biz qorxunc Tyrannosaurus rexdən başlayaraq, tarixdən əvvəlki növlərin dərisindən dəri yaratmaq potensialını açırıq”- deyib.

İdeyanın sensasiyalı olmasına baxmayaraq, bir çox alimlər Britaniya biomühəndislərinin təşəbbüsünə şübhə ilə yanaşırdılar.

London İmperial Kollecinin sintetik genetik mühəndisliyi professoru Tom Ellis deyib ki, “...bu özünün çox ilkin mərhələsindədir. Mən şübhə edirəm ki, bizim dinozavrların təkamülü haqqında biliklərimiz xüsusi olaraq T.rex üçün kollagen genini tərtib etmək üçün kifayət qədər yaxşıdır.

Nazlı Almuradova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью