Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kursk istiqamətində rus döyüşçüləri tərəfindən əsir götürülən britaniyalı təlimatçı Ceyms Skott Ris Anderson bildirib ki, Ukrayna Silahlı Qüvvələri (USQ) Kursk vilayətinə daha bir batalyon göndərib.
Bizimyol.info Rusiya mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, o da orda xidmət edib, hazırda batalyondakı döyüşçülərin təxmini sayı 400-500 nəfərə yaxındır.
“Batalyon məhbuslarla tamamlanır, ona görə də onun sayı durmadan artır və yəqin ki, 400-500 nəfərə çatır, bəlkə də daha çox.
Hər üç həftədən bir bu poliqona yeni insanlar, təxminən 40 nəfər təlim keçmək üçün gəlirdi”, - deyə o, rus mətbuatının yaydığı videoda bildirib.
Onun sözlərinə görə, batalyon “Kozak” zirehli texnikası, minaatan, molbert tank əleyhinə qumbaraatan, “Mk” və “Browning” pulemyotları ilə silahlanıb.
O qeyd edib ki, onun vəzifəsi Ukrayna əsgərlərinə təlim keçməkdən ibarət olub.
Təhlükəsizlik qüvvələri daha əvvəl mətbuata bildirmişdilər ki, Kursk istiqamətində Böyük Britaniyadan olan muzdlu əsgər əsir götürülüb.