futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda “Mançester Yunayted”lə qarşılaşacaq.
Futbolpress.az xəbər verir ki, Azərbaycan klubları avrokuboklarda 12-ci dəfə İngiltərə təmsilçiləri ilə üz-üzə gələcək.
Bundan əvvəlki bütün görüşlər “Qarabağ”ın iştirakı ilə keçirilib. “Atlılar” müxtəlif vaxtlarda Avropa Liqası və Çempionlar Liqasında ingilis klubları ilə üz-üzə gəlib.
“Qarabağ” bu matçlarda 11 dəfə uduzub, 1 dəfə heç-heçə edib. İngiltərə komandalarından yeganə xal qazancı ötən il “Çelsi” ilə oyunda (2:2) olub.
“Qarabağ” 11 matçın 6-nı səfərdə keçirib. “Atlılar” bu oyunlarda cəmi bir qol vurub, 22 top buraxıb.
Ümumi nəticələrə və rəqəmlərə baxsaq, səfərdə ən yaxşı göstərici Londonda “Arsenal”a minimal hesabla uduzmaqdır.
“Sabah” tarixində ilk dəfə İngiltərə klubu ilə üz-üzə gələcək.
Azərbaycan və İngiltərə komandalarının avrokubok duelləri:
Tottenhem – Qarabağ 3:1.
Qarabağ – Tottenhem 0:1.
Çelsi – Qarabağ 6:0.
Qarabağ – Çelsi 0:4.
Qarabağ – Arsenal 0:3.
Arsenal – Qarabağ 1:0.
Tottenhem – Qarabağ 3:0.
Qarabağ – Çelsi 2:2.
Liverpul – Qarabağ 6:0.
Qarabağ – Nyukasl 1:6.
Nyukasl – Qarabağ 3:2.
Şahin Cəfərov