İngilisləri sevindirən xəbər

11.07.2026

sport24.az saytına istinadən Icma.az xəbər verir.

İngiltərə millisinin aparıcı futbolçuları Deklan Rays, Mark Qexi və Ris Ceyms cümə günü komanda ilə birlikdə məşq ediblər. Sport24.az xəbər verir ki, bu barədə "Daily Record" məlumat yayıb.
Norveçə qarşı keçiriləcək dünya çempionatının 1/4 final oyunu öncəsi xəstəlikdən əziyyət çəkən Rays yenidən məşqlərə qayıdıb. O, son günlər komanda yoldaşlarından təcrid olunmuşdu.
Hamstrinq nahiyəsində gərginlik yaşayan Mark Qehi və eyni nahiyədən zədə alan Ris Ceyms də tam heyətlə məşqə qoşulub. Ceyms Qanaya qarşı qrup mərhələsinin ikinci oyunundan sonra meydana çıxmamışdı.
Bununla yanaşı, İngiltərə millisinin düşərgəsində son günlər virus səbəbindən narahatlıq yaşansa da, tibbi heyət vəziyyəti nəzarət altına alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью