İngiltərə Argentina rəqabətində kim üstündür? STATİSTİKA

15.07.2026

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünya çempionatının 1/2 finalının ikinci matçında İngiltərə və Argentina milli komandaları üz-üzə gələcəklər.

Fanat.Az xəbər verir ki, beləliklə, bu gün İspaniyanın rəqibi müəyyənləşəcək.

İngiltərə və Argentina bu günə kimi 14 dəfə qarşılaşıblar. Bu görüşlərin 6-da ingilislər qələbə qazanıb. Yalnız 3 matçda Argentina yığması üstün olmağı bacarıb. Komandalar 5 görüşdə heç-heçəyə razılaşıblar. Oyunlardan sadəcə, 5-i beynəlxalq turnirlərə təsadüf edib.

Tərəfər arasındakı ilk duel 1962-ci ildə baş tutub. Həmin görüşdə "üç aslanlar" 3:1 hesabı ilə qalib gəliblər.

Növbəti qarşılaşma isə 1966-cı ilə təsadüf edib. Dörddəbir finalda üz-üzə gələn yığmaların budəfəki mübarizəsindən yenə İngiltərə üzü ağ çıxmağa nail olub. Sözügedən matçda 1:0 qələbə qazanan britaniyalılar sonda final matçında almanları məğlub edərək, dünya çempionatının qalibi titulunu əldə ediblər.

1986-cı ildə keçirilən mundialın 1/4 matçında seçmələr bir daha üzləşiblər. Lakin "ağ və səma mavisi" görüşdə qələbəni əldən verməyib. Argentinalılar 2:1 hesabı ilə üstün olublar. Həmin dueldə Dieqo Maradonanın vurduğu qol "tanrının əli" ifadəsi ilə yadda qalıb.
Xatırladaq ki, bu turnirin son matçında Almaniya ilə qarşılaşan Argentina 3:2 qalib gəlib və tarixində 2-ci dəfə kuboka sahib olub.

Fransada keçirilən 1998-ci il dünya çempionatında millilər yenidən üz-üzə gəliblər. Əsas və uzatma dəqiqələri də daxil olmaqla 2:2 başa çatan görüşün penaltilər seriyasında Cənubi Amerika təmsilçisi qalib (6:5) gəlib.

DÇ-2002-də eyni qrupda yer alan yığmalar bir daha öz aralarında ən güclünü müəyyənləşdiriblər. Mübariəzədən ingilislər 1:0 qalib ayrılıblar.

Xatırladaq ki, İngiltərə - Argentina matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Dueli amerikalı referi İsmail Elfat idarə edəcək.

Əlisahib İbrahimli

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью