İngiltərə çempionu “Kristal Pelas”ın müdafiəçisi ilə ortaq məxrəcə gəldi

11.07.2025

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Liverpul" "Kristal Pelas"ın müdafiəçisi Mark Qehi ilə müqaviləni razılaşdırıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira X sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin sözlərinə görə, tərəflər 2030-cu ilə qədər müqavilə imzalayıblar.

Qeyd edək ki, 24 yaşlı müdafiəçi ötən mövsüm bütün turnirlərdə 44 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı Qehinin bazar dəyərini 45 milyon avro qiymətləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью