İngiltərə çempionu “Nyukasl”ın hücumçusunu istəyir

15.07.2025

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Liverpul" "Nyukasl"ın mərkəz hücumçusu Aleksandere İsakın transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira X sosial şəbəkəsində paylaşım edib.

Mənbənin sözlərinə görə, hazırkı mərhələdə "sağsağanlar" 25 yaşlı forvardı satmaqdan imtina edirlər. İsak 2022-ci ilin avqustundan "Nyukasl"ın formasını geyinir. Hücumçu ötən mövsüm bütün turnirlərdə 42 oyun keçirib, 27 qol vurub və 6 məhsuldar ötürmə edib.

Qeyd edək ki, isveçlinin klubla hazırkı müqaviləsi 2028-ci ilin iyununda başa çatır. "Transfermarkt" portalı İsakın transfer dəyərini 120 milyon avro qiymətləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью