İngiltərə Çinlə ticarət əməkdaşlığından imtina etmək niyyətində deyil

11.01.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Britaniya Honq-Konqdakı vəziyyət və Ukraynadakı münaqişə ilə bağlı fikir ayrılıqlarına baxmayaraq, Çinlə ticarət əlaqələrini inkişaf etdirməyə hazırlaşır.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz Pekinə səfəri ərəfəsində “The Times” qəzetindəki məqaləsində bildirib.

“Milli təhlükəsizlik və iqtisadi artım bir-birinə zidd deyil. Onlar bir-birini gücləndirir. İqtisadi artıma nail olmaq üçün ticarət və investisiyalar üzrə beynəlxalq tərəfdaşlarla əlaqələr quracağıq”, -nazir vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью