Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Tamara Mustafayeva, Banco.az
İngiltərə COP31-də elektrikləşdirmə üzrə yol xəritəsini açıqlayıb.
Banco.az xəbər verir ki, İngiltərə hökuməti iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə mənzil təsərrüfatı, nəqliyyat və sənayedə qalıq yanacaqların yerini təmiz enerji mənbələrindən əldə edilən elektrik enerjisinin tutmasını hədəfləyən yol xəritəsini açıqlayıb.
Elektrikləşdirmə Türkiyənin bu il Antalyada ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Fəaliyyət Gündəliyində prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.
Türkiyə COP31-ə sədrliyi çərçivəsində elektrik enerjisinin qlobal yekun enerji istehlakında payını hazırkı 22 faizdən 2035-ci ilədək 35 faizə çatdırmağı hədəflədiyini açıqlamışdı. Bu hədəfin beynəlxalq öhdəlik kimi qəbul edilməsi ilə bağlı danışıqlar davam edərkən İngiltərə elektrikləşdirmə üzrə yol xəritəsini elan edib.
Bizi sosial şəbəkələrdən izləyin!!