İngiltərə heç heçə etdi, Xorvatiya ilk qələbəsini qazandı Video

24.06.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


2026-cı il dünya çempionatında L qrupunun II turunun oyunları baş tutub.
Yeniavaz.com
xəbər verir ki, Bakı vaxtı ilə saat 00:00-da İngiltərə millisi Qana yığması ilə üz-üzə gəlib.
Matç qolsuz heç-heçə ilə başa çatıb və komandalar hərəyə 1 xalla kifayətləniblər.

Bakı vaxtı ilə saat 03:00-da isə L qrupunda digər iki komandası – Panama və Xorvatiya qarşılaşıb.
Görüş Xorvatiyanın minimal hesablı qələbəsi ilə başa çatıb. 54-cü dəqiqədə Budimir komandasına 3 xal qazandıran qolu vurub.
Bununla da ilk iki oyunda xal ala bilməyən Panama növbəti mərhələyə adlamaq şansını itirib.

Bakı vaxtı ilə saat 06:00-da K qrupunun II turunda Kolumbiya və DR Konqo milliləri üz-üzə gəlib.
Qarşılaşma Kolumbiyanın minimal hesablı qələbəsi ilə başa çatıb. 76-cı dəqiqədə Munyozun qolu cənubi amerikalılara 3 xal qazandırıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью