İngiltərə İnfantinodan araşdırma tələb etdi

17.09.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

İngiltərə İnfantinodan araşdırma tələb etdi

İngiltərə Futbol Assosiasiyasının prezidenti Debbi Hyuit FİFA rəhbərliyinə müraciət edib.

QOL.az xəbər verir ki, bu barədə RTE məlumat yayıb.

FİFA-nın vitse-prezidenti olan Hyuit təşkilatın prezidenti Canni İnfantinoya məktub göndərib. O, məktubunda İnfantinonun özəl investorların cəlb edilməsi ilə bağlı planının müstəqil şəkildə araşdırılmasını tələb edib.

Hyuit həmçinin ABŞ millisinin hücumçusu Folarin Balogunun diskvalifikasiyasının ləğvi məsələsinə toxunub. Oyunçunun cəzasının ABŞ prezidenti Donald Trampın müdaxiləsindən sonra aradan qaldırılması ilə bağlı suallar yaranıb.

İnfantino son vaxtlar sözügedən layihə ilə bağlı təzyiqlərlə üzləşir. Üç qitə konfederasiyası onun planını rədd edib.

FİFA prezidenti avqustun 5-də layihə ilə bağlı üzr istəyib. Təşkilat daha sonra məsələ ilə bağlı araşdırma aparılacağını açıqlayıb. Lakin FİFA hələ də araşdırmanın kim tərəfindən və nə vaxt keçiriləcəyini açıqlamayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью