İngiltərə İnfantinonun yenidən seçilməsinə dəstəyi geri çəkir

03.08.2026

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

İngiltərə Futbol Assosiasiyası (FA) FİFA prezidenti Canni İnfantinonun 2027-2031-ci illər üçün yenidən seçilmək namizədliyini dəstəkləməyəcək.

Bizimyol.info xəbər verir ki, “Reuters”in verdiyi məlumata görə, qərar İnfantinonun Dünya Kuboku və digər turnirləri idarə edəcək yeni qurumda pay satışı planının uğursuzluğundan sonra artan narazılıqlar fonunda verilib. FİFA-nın özəl investorlardan 4,2 milyard dollara qədər vəsait cəlb etmək məqsədi daşıyan layihəsi ciddi müqavimətlə qarşılaşaraq dayandırılıb.

Bundan əvvəl Uels Futbol Assosiasiyası da İnfantinoya dəstəyini geri götürən ilk milli federasiya olmuşdu. Uels tərəfi rəhbərlik, idarəetmə və qərarvermə sahələrindəki problemlərin ona olan etimadı azaltdığını açıqlayıb.

İnfantino hazırda UEFA və KONKAKAF daxil olmaqla bir sıra futbol qurumlarının tənqidləri ilə üzləşir. İsveçrəli funksioner 2016-cı ildən FİFA-ya rəhbərlik edir və 2027-ci ildən başlayacaq yeni müddət üçün yenidən namizəd olmağı planlaşdırır.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью