İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16.11.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

UEFA Millətlər Liqasının A Liqasının 3-cü qrupunda sonuncu turun oyunları keçirilib.

Redaktor.az xəbər verir ki, Madrid şəhərindəki “Civitas Metropolitano” stadionunda baş tutan qarşılaşmada İngiltərə millisi səfərdə İspaniya yığmasını 3:2 hesabı ilə məğlub edib.

Gərgin mübarizə şəraitində keçən və 5 qolla yadda qalan görüşdə hesab 45-ci dəqiqədə açılıb. İngiltərə millisinin kapitanı Harri Keyn penaltini dəqiq yerinə yetirərək komandasını önə keçirib.

İkinci hissədə üstünlüyünü artıran qonaqlar 53-cü dəqiqədə Ezri Konsanın, 57-ci dəqiqədə isə Ben Uaytın qolları ilə hesabı 3:0-a çatdırıblar.

Lakin 63-cü dəqiqədə İngiltərə millisinin yarımmüdafiəçisi Elliot Anderson birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Bu epizoddan sonra İspaniya yığması penalti qazanıb. 65-ci dəqiqədə Mikel Oyarsabal fərqi azaldıb.

Say üstünlüyündən yararlanan meydan sahibləri hücumlarını davam etdiriblər. 75-ci dəqiqədə Lamin Yamalın ötürməsindən sonra Niko Uilyams fərqi minimuma endirib. Buna baxmayaraq, qalan dəqiqələrdə hesab dəyişməyib və İngiltərə millisi səfərdə vacib qələbə qazanıb.

Bu nəticə ilə İngiltərə yığması ilk turda öz meydanında İspaniyaya 2:3 hesabı ilə uduzmasının əvəzini çıxıb. Ardıcıl beşinci qələbəsini qazanan komanda 6 oyundan 15 xal toplayaraq qrupu lider kimi başa vurub.

İspaniya millisi də 15 xalla ikinci pillədə qərarlaşıb. Hər iki komanda UEFA Millətlər Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Qrupun digər iştirakçıları Xorvatiya 6 xalla üçüncü, Çexiya isə xalsız sonuncu yeri tutub.

Turan ASLAN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью