İngiltərə kilsəsi restlinq yarışları təşkil edir

07.04.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İngiltərənin Şipli şəhərindəki Müqəddəs Pyotr anqlikan kilsəsi inanclı insanları cəlb etmək üçün restlinq (səhnələşdirilmiş əlbəyaxa döyüşlər - red.) yarışları təşkil etməyə başlayıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı məlumat "Associated Press" tərəfindən yayılıb.

Təşəbbüsün müəllifi 37 yaşlı keşiş Qaret Tompsondur. O iddia edir ki, restlinq və İsa Məsih onun həyatını xilas edib.

Qaret öz tədbirlərini "Restlinq Kilsəsi" adlandırıb və onları 2022-2024-cü illərdə kilsəyə çevrilmiş keçmiş gecə klublarında təşkil edib. Daha sonra o, döyüşləri həqiqi kilsəyə köçürmək üçün razılıq əldə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью