İngiltərə klubları Avropa Liqasının finalında

09.05.2025

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab görüşləri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, baş tutan qarşılaşmalardan sonra finalçılar müəyyənləşib.

“Mançester Yunayted” doğma meydanda “Atletik”i qəbul edib. Görüş ingilislərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Tottenhem” isə ilk matçda 3:1 hesabı ilə məğlub etdiyi “Bodo Qlimt”lə Norveçdə üz-üzə gəlib. İlk oyunda olduğu kimi, cavab matçında da London təmsilçisi qələbəyə sevinib - 2:0.

Beləliklə, hər iki oyunun nəticəsinə görə, “Mançester Yunayted” və “Tottenhem” finala vəsiqə qazanıb.

UEFA Avropa Liqası

Yarımfinal mərhələsi, cavab oyunları

8 may

23:00. “Mançester Yunayted” (İngiltərə) – “Atletik” (İspaniya) (ilk oyun: 3:0) - 4:1

Qollar: Mount, 72, 90+1 Kasemiro, 80, Hojlund, 85 - Jauregizar, 31

23:00. “Bodo Qlimt” (Norveç) – “Tottenhem” (İngiltərə) (ilk oyun: 1:3) - 0:2

Qollar: Solanke, 63, Porro, 69

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью