İngiltərə klubları Simonsla maraqlanır

07.12.2024

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Leypsiq"in futbolçusu Xavi Simons karyerasını İngiltərədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi "Arsenal" və "Liverpul"un maraq dairəsindədir.

Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

21 yaşlı futbolçu müqavilə ilə PSJ-yə məxsusdur. O, icarə əsasında Almaniya klubunda forma geyinir.

Simons bu mövsüm 11 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью