İngiltərə klublarının avrokuboklardakı yeri dəyişdi

12.07.2025

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

İngiltərənin “Kristal Pelas” klubu Avropa Liqasından kənarlaşdırılıb.

Futbolpress.az xəbər verir ki, komandanın əvəzinə turnirdə “Nottingem Forest” mübarizə aparacaq. “Kristal Pelas” isə Konfrans Liqasında yarışacaq. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Klubların sahiblərinin eyni olması səbəbindən qurum bu qərarı verib.

“Nottingem Forest” ötən mövsümü İngiltərə Premyer Liqasında 7-ci sırada bitirərək Konfrans Liqasına vəsiqə əldə etmiş, “Kristal Pelas” isə Federasiya Kubokunu qazandığı üçün Avropa Liqasına haqq qazanmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью