İngiltərə klubu 2 qardaşı transfer etmək istəyir

04.11.2026

Icma.az bildirir, sport24.az portalına istinadən.

"Brayton" qış fasiləsində "Köln" klubunun cinah oyunçusu Said El-Malanın transferini planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq sosial şəbəkə hesabında paylaşım edib.

İngiltərə klubu 20 yaşlı oyunçuya görə, Almaniya təmsilçisinə təklif irəli sürməyə hazırlaşır. 

"Brayton" həmçinin Saidin qardaşı Malek El-Malanı da heyətinə qatmaqda maraqlıdır.

Qeyd edək ki, Said El-Mala bu mövsüm keçirdiyi 9 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью