525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İngiltərənin “Bornmut” klubu növbəti transferinin reallaşdırıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Leverkuzen "Bayer"indən Amine Adlini transfer edib.
"Bornmut" 25 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalayıb.
Adli "Bornmut"a transferindən qürur duyduğunu bildirdi.
"Bornmut"da oynamaqdan çox xoşbəxtəm və qürur duyuram. Ümid edirəm ki, yaxşı şeylərə nail olacam. Ətrafımdakı insanlar mənə burada böyük güvən verirlər”, - deyə mərakeşli futbolçu vurğulayıb.
İsgəndər Həsənov