İngiltərə klubu alman baş məşqçiyə güvənmir

24.04.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Lids"in baş məşqçisi Daniel Farke  mövsümün sonunda klubu tərk edə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, klub rəhbərliyi 48 yaşlı almaniyalının növbəti mövsümdə komandanı Premyer Liqada saxlaya biləcəyinə əmin deyil.

Qeyd edək ki, "Lids"in növbəti mövsümdən elitada çıxış edəcəyi müəyyənləşib. Alman mütəxəssisin çalışdırdığı kollektiv 44 turdan sonra 94 xalla turnir cədvəlinə başçılıq edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью