İngiltərə klubu baş məşqçisi ilə yolları ayırıb

25.11.2024

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərənin "Lester" klubu baş məşqçisi Stiv Kuperlə yolları ayırıb.

"Report" xəbər verir ki, bu barədə Lester təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Onun köməkçiləri Alan Teyt və analitik Stiv Rends də yola salınıb. Yeni baş məşqçi təyin olunana qədər komandaya müvəqqəti olaraq Denni Alkok, Endi Huqs və Ben Douson nəzarət edəcək.

Qeyd edək ki, "Lester" İngiltərə Premyer Liqasının turnir cədvəlində 10 xalla 16-cı yerdə qərarlaşıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью