İngiltərə klubu Bavariya nın futbolçusu üçün hərəkətə keçdi

27.04.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

“Fulhem” “Bavariya”nın yarımmüdafiəçisi Joao Palinya ilə yaxından maraqlanır. 

Sportal.az “The Mirror”a istinadən xəbər verir ki, İngiltərə klubu portuqaliyalı futbolçunun keçidini yayda reallaşdırmaq niyyətindədir.

Amma “Fulhem” 2024-cü ildə “Bavariya”nın ödədiyi transfer qiyməti qədər pul xərcləmək istəmir. 

Münhen təmsilçisi Palinyanı 35-40 milyon avroya satmağa razıdır. Qeyd edək ki, “Fulhem” 2024-cü il iyulun 11-də 29 yaşlı futbolçunu 55 milyon avro qarşılığında “Bavariya”ya satmışdı. Portuqaliya millisinin üzvü “Sportinq”, “Moreyrense”, “Belenenseş”, “Braqa” klublarında da çıxış edib.
 

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью