İngiltərə klubu Bellingemin transferindən rekord məbləğ əldə edəcək

08.06.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 8 iyun, AZƏRTAC

Almaniyanın "Borussiya Dortmund" komandası yeni futbolçu ilə anlaşıb.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, Bundesliqa klubu İngiltərə "Sanderlend"inin üzvü Cobe Bellingemin transferini rəsmiləşdirəcək.

Qarşı tərəfə 27,8 milyon funt sterlinq ödənəcək. Bu, Premyer Liqa təmsilçisi üçün rekord məbləğ olacaq.

"Sanderlend" 19 yaşlı yarımmüdafiəçinin növbəti satışından 15 faiz əldə edəcək.

Qeyd edək ki, Bellingem qardaşlarının digəri Cud İspaniyanın "Real Madrid" komandasında çıxış edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью