İngiltərə klubu “Beşiktaş”ın kapitanını izləyir

23.09.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Beşiktaş”ın futbolçusu Orkun Kökçü “Liverpul”un diqqət mərkəzinə düşüb.

Futbolpress.az xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb. Mersisayd təmsilçisi türkiyəli yarımmüdafiəçini yaxından izləyir.

“Liverpul” qış fasiləsində Orkunu heyətinə qatmağı planlaşdırır.

Kapitan bu mövsüm Super Liqada 6 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2030-cu ilin yayına kimidir.

Orkunun “transfermarkt”da dəyəri 25 milyon avrodur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью