İngiltərə klubu Donnarummanı transfer etdi RƏSMİ

02.09.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Mançester Siti" heyətini yeni qapıçı ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi PSJ-dən Canluici Donnarummanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Mançester Siti" italiyalı qolkiper üçün Fransa klubuna 35 milyon avro təzminat ödəyəcək. 26 yaşlı "əlcək sahibi" ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, İtaliya millisinin üzvü olan Canluici Donnarumma 2021-ci ildən PSJ-də çıxış edirdi.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью