İngiltərə klubu fransalıya görə Almaniya təmsilçisinə 90 milyon təklif edib

20.07.2025

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Liverpul" 23 yaşlı hücumçu Uqo Ekitikenin transferini bitirmək üzrədir. Sport24.az insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, ingilislər futbolçunun müqavilə ilə məxsus olduğu "Ayntraxt"la danışıqların son mərhələsindədir.

Mənbənin sözlərinə görə, "qırmızılar" alman klubuna 90 milyon avro və əlavə bonuslar təklif edib. Fransız futbolçu özü isə 6 illik müqaviləyə razılaşıb.

Qeyd edək ki, Ekitike son mövsüm bütün turnirlərdə 48 oyun keçirib, 22 qol vurub və 12 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью