İngiltərə klubu hücumçusu ilə yeni müqavilə bağladı

02.10.2025

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İngiltərənin "Fulhem" klubunda yeni müqavilə qeydə alınıb.

QOL.az xəbər verir ki, Premyer Liqa təmsilçisi hücumçusu Rodriqo Munizin sözləşməsinin müddətini 2030-cu ilin yayına qədər uzadıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yeni anlaşmaya əsasən, 24 yaşlı braziliyalı forvardın maaşı da artırılıb.

Qeyd edək ki, Muniz 2021-ci ildə "Fulhem"ə transfer olub. O, bu mövsüm 7 rəsmi matçda çıxış edərək 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью