İngiltərə klubu İtaliyadan iki futbolçu alır

25.06.2025

Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Nottinqem Forest” “Yuventus”un hücumçuları Timoti Vea və Samuel Mbanqulanın transferi ilə bağlı danışıqları davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə,  İngiltərə təmsilçisi futbolçular üçün danışıqlara start verib. 25 yaşlı Vea “Nottinqem Forest”ə 14 milyon, 21 yaşlı Mbanqula isə 8 milyon avroya başa gələcək.

Amerika millisinin üzvü 2024/25 mövsümündə bütün turnirlərdə 43 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib. Mbanqulanın aktivində 32 oyunda 4 qol və 5 məhsuldar ötürmə var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью