İngiltərə klubu Leroy Sane ilə maraqlanır

28.05.2025

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Bavariya”nın futbolçusu Leroy Sane karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Tottenhem” vingerin xidmətində maraqlıdır. Bu barədə “Sky Sports” məlumat yayıb.

“Tottenhem” Avropa Liqasını qazandığı üçün yeni mövsümdə Çempionlar Liqasında mübarizə aparacaq. Klub bu məqsədlə heyətini gücləndirmək niyyətindədir. “Bavariya” Saneni satmağa hazırdır.

Leroy bu mövsüm 45 oyunda 13 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью