İngiltərə klubu qapıçıya görə PSJ yə sorğu göndərib

11.06.2026

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Tottenhem" qapıçı Lukas Şevalye üçün PSJ-yə transfer sorğusu göndərib. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Beşiktaş" da 24 yaşlı qapıçı ilə maraqlanır. Lakin fransız futbolçunun özü Türkiyə klubuna yox, daha cəlbedici layihə hesab etdiyi London təmsilçisinə keçməyə üstünlük verir.

Qeyd edək ki, son mövsümdə Şevalye PSJ-nin heyətində bütün turnirlərdə 26 oyun keçirib və 28 qol buraxıb. Qapıçı Paris klubunda əsas heyətdə yerini itirib və bu səbəbdən DÇ-2026-ya yollanan Fransa yığmasından kənarda qalıb.  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью