Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Bavariya”nın müdafiəçisi Saşa Boe karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
QOL.az xəbər verir ki, məlumata görə, “Kristal Palas” fransalı futbolçu üçün Almaniya klubuna rəsmi təklif göndərib. London təmsilçisinin baş məşqçisi Oliver Qlasnerin Boeni heyətində görmək istədiyi və "Bavariya"nın idman direktoru Kristof Froyndla danışıqlar apardığı bildirilir.
Futbolçunun da Premyer Liqada oynamağa müsbət yanaşdığı qeyd olunur. Son vaxtlar Münhen klubunda şans qazanmaqda çətinlik çəkən və Bundesliqada son 3 matçı buraxan müdafiəçinin qışda komandanı tərk etmə ehtimalı yüksəkdir.
Qeyd edək ki, 2023/24 mövsümünün qış fasiləsində “Qalatasaray”dan “Bavariya”ya transfer olunan Saşa Boe cari mövsümdə 14 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Bir müddət əvvəl onun adı sabiq klubu "Qalatasaray"la da hallanırdı.